Rusiya doqquz ölkədən BRİKS dövlətlərarası assosiasiyasının tərəfdaşı olmağa hazır olduqlarına dair təsdiq alıb, onlara bu status 2025-ci il yanvarın 1-dən veriləcək.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, Belarus, Boliviya, İndoneziya, Qazaxıstan, Kuba, Malayziya, Tailand, Uqanda və Özbəkistandan BRİKS-in tərəfdaş dövlətləri olmağa hazır olduqlarını təsdiqləyən sənədlər gəlib.
Kreml nümayəndəsi qeyd edib ki, yanvarın 1-dən bu dövlətlər bu statusu rəsmən alacaqlar.