AZ

Tramp və Putin yanvarın sonunda GÖRÜŞƏCƏK

Ajans.az xəbər verir ki, bunu “YouTube” kanalında çıxışı zamanı britaniyalı politoloq Aleksandr Merkuris deyib.

Ekspertin fikrincə, belə bir görüş hələ 2025-ci il yanvarın sonunda baş tuta bilər və Tramp qeyd olunduğu kimi, onun inauqurasiyasından və vəzifəsinin icrasına başladıqdan sonra ən qısa zamanda Rusiya lideri ilə dialoqun təşkilində maraqlıdır.

“Yanvarın sonunda Putin və Tramp arasında görüş həqiqətən baş tuta bilər”, - analitik bildirib.

Daha əvvəl jurnalistlərlə keçirdiyi brifinqdə Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı danışmaq üçün Putinlə görüşü gözləmək niyyətində olduğunu açıqlamışdı. Bu arada Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti ilə Ağ Evin seçilmiş rəhbəri arasında görüş üçün heç bir ilkin şərt yoxdur.

phrase_var_article.chosen
8
Ajans.az

1phrase_var_article.sources