Fələstinin müqavimət hərəkatı HƏMAS-ın silahlı tərəfi İzzəddin əl-Qəssam briqadaları İsrail ordusunun işğal hücumlarını davam etdirdiyi Qəzza zolağındakı ərazilərdə irəliləməsi halında bəzi əsirlərin həyatının təhlükəyə girəcəyi ilə bağlı xəbərdarlıq edib.
Qəssam briqadaları sözçüsü Əbu Übeydə “Telegram” platformasında yayımlanan video çıxışında mövzu ilə əlaqədar məlumat verib. O, “Mücahidlərimizin qəhrəmanlıqları və Qəzzanın şimalında etdikləri dünyadakı bütün azad insanlar üçün ilham verici bir nümunədir” deyə bildirib.
“Bəzi əsirlərin həyatı işğal ordusunun hücumlara məruz qalan ərazilərdə yüzlərlə metr irəliləməsindən asılıdır”, - deyən Əbu Übeydə ətraflı məlumat verməyib.
Qəssam briqadaları 14 dekabrda İsrail ordusunun Qəzza zolağında israilli əsirlərin olduğu bir yeri qəsdən bombaladığını və öldüklərindən əmin olmaq üçün eyni yeri bir daha bombaladığını açıqlamışdı.
Xatırladaq ki, İsrail həbsxanalarında 10 min 300-dən çox fələstinli saxlanılırkən Qəzza zolağında israilli 101 əsirin olduğu təxmin edilir.