AZ

Havaydakı Kilauea vulkanı aktivləşib

Havaydakı Kilauea vulkanı aktivləşib

ABŞ-ın Havay ştatında Kilauea vulkanında püskürmə baş verib.ABŞ Geoloji Xidməti (USGS) Kilaueanın yerli vaxtla saat 02:00 radələrində aktivləşdiyini açıqlayıb.Açıqlamada vulkanda aktivliyin gün ərzində davam etdiyi, lakin partlayışın bölgə sakinləri üçün təhlükə yaratmadığı bildirilib.Lavanın təqribən 650 dekar ərazini əhatə etdiyi və partlayışlar səbəbindən vulkanik qaz emissiyalarının yüksək olduğu qeyd edilib.Açıqlamada vulkanın yenidən aktivləşmə ehtimalı ilə əlaqədar yaxından izləndiyi vurğulanıb.Dünyanın ən aktiv vulkanlarından biri olan Kilaueada 1983-cü ildən bəri püskürmələr baş verir.

Seçilən
12
1
afn.az

2Mənbələr