ABŞ-nin Miçiqan ştatında narkoman olan 62 yaşlı kişi narkotik üçün nəvələrinin Milad hədiyyələrini oğurlayaraq satıb.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə kişinin oğlu Kiçik Lukas danışıb.
O bildirib ki, Miladdan bir neçə gün əvvəl atasını qonaq edib. Bayrama hazırlaşarkən, dörd övladı üçün hədiyyələr alıb, lakin qısa bir zamanda onların yox olduğunu alnayıb.
Məlum olub ki, hədiyyələr uşaqların öz babaları tərəfindən oğurlanıb. Kişi, narkotik vasitə ilə yaxalanıb və həbs edilib.
Kiçik Lukasın uşaqlarına yeni hədiyyələr almağa imkanı olmayıb. Onun problemindən xəbər tutan yerli sakinlər və təşkilatlar onun üçün iki min dollar toplayıblar. Onun uşaqları bu pulla istədikləri oyuncaqları ala biləcəklər.