AZ

“İlin” ilinin məşhurları

Cəmi bir həftədən sonra “Əjdaha” ili tarixə qovuşacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, 2025-ci il “İlan” üstə təhvil olacaq.

İlan ağıllı varlıqdır, heç nədən heç kimə zərər yetirməz. “İlan” öz müdrikliyinə, uzaqgörənliyinə və hökmünə görə həmişə seçilib.

Bu il dünyaya gələn insanlar ağıllı, soyuqqanlı və dözümlü olurlar.

 Bəs “İlan ili”ndə hansı məşhur insanlar anadan olub?

1905, 1917, 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013-cü illərə nəzə yetirək:

1905-ci ildə Azərbaycan Demokratik Respublikasının nazirlərindən biri, milyonçu Mirzə Əsədullayevin qızı olan Ümmülbanu 1905-ci ilin yanvar ayında anadan olub.

1929-cu ildə Azərbaycan şairi, tərcüməçi Əfəndiyev Hikmət Ziya oğlu may ayında anadan olub.

Azərbaycan radiosunun əvəzolunmaz səsi, məşhur diktor Aydın Qaradağlı, SSRİ Xalq artisti, opera səhnəmizin Koroğlusu Lütfiyar İmanov da “İlan” ilində doğulublar.

Azərbaycanın əməkdar artisti Hamlet Xanızadə 1941-ci ildə dünyaya gəlib. Xalq artisti Flora Kərimova, Eldar Quliyev, sabiq deputat Şahlar Əsgərov da 1941-ci il təvəllüdlüdürlər.

Dövlət İmtahan Mərkəsinini İdarə Heyətinin sədri Məleykə Abbaszadə, rejissor, ssenarist Vaqif Mustafayev 1953-cü ildə Bakıda doğulublar.

Deputat Asim Mollazadə 1953-cü il doğumludur.

Xalq artistləri Brilliant Dadaşova, Eyyub Yaqubov da “İlan” ilinin məşhurlarıdır. Hər iki 1965-ci ildə anadan olublar.

Deputat Qüdrət Həsənquliyev də həmin il dünyaya gələn tanınmışlar sırasındadır.

1977-ci ildə azərbaycanlı zabit Ramil Səfərov dünyaya gəlib.

Nuriyyə Musayeva

Seçilən
5
bakivaxti.az

1Mənbələr