"Neftçi"nin baş məşqçisi Samir Abbasov Rəhman Hacıyevi komandasında görmək istəmir.
News24.az-a daxil olan məlumata görə, təcrübəli yarımmüdafiəçi qış transfer pəncərəsində klubu dəyişə bilər.
31 yaşlı futbolçu "Şamaxı"ya transfer olunacağı deyilir.
Qeyd edək ki, Rəhman Hacıyev "Neftçi"nin heyətində bu mövsüm 13 görüşdə meydanda olub.
Onun komanda ilə müqaviləsi gələn ilin yayına qədərdir.
Ağa Dadaşzadə