Türkiyəli jurnalist Yaqub Aslan, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin yüksək rütbəli komandiri Kiyumərs Purhaşiminin Suriyada öldürülməsi ilə bağlı yeni detallar yayıb. Onun iddiasına görə, Purhaşimi Suriyanın ordu zabitlərindən biri tərəfindən qətlə yetirilib.
Aslan yazısında bildirib: “27 noyabrda İdlibdən hərəkət edən Heyət Təhrir əş-Şam qüvvələrinin 7 dekabrda Dəməşqə çatması ilə bölgədəki qüvvələr balansını dəyişdirən mürəkkəb əməliyyat haqqında yeni məlumatlar üzə çıxıb. İran mənbələrindən əldə etdiyim məlumatlar bu hadisənin yeni ölçülərini ortaya qoyur.”
Jurnalistin əldə etdiyi məlumatlara görə, İranın təhlükəsizlik mənbələrindən biri, Halebdəki əməliyyat qərargahında baş verən mühüm bir hadisəni açıqlayıb. Bu hadisə, Heyət Təhrir əş-Şam qüvvələrinin şəhərin ətrafında irəliləməsi zamanı baş verib. Mənbənin sözlərinə görə, bu olay İranın Suriyadakı rolunu azaltmaq qərarı və Suriya ordusunda baş verən daxili qarşıdurmalarla əlaqəlidir.
Məlumatlar göstərir ki, Purhaşiminin öldürülməsi regiondakı qüvvələr arasında gərginliyi daha da artırıb və İranın Suriyadakı mövqelərinin zəifləməsinə səbəb olub. Hadisənin təsirləri hələ də müzakirə edilməkdədir.
visiontv.az