AZ

Etimad qəzeti: Turizm sənayesi məhv edilir

Son beş ildə İranın turizmi sıfıra enib.

Qəzet bunu bir turizm agentliyinin sahibinə istinad edərək yazıb.

“Bu gün biz turistlərin gəlişində azalma deyil, turizm sənayesinin dağıdılmasının şahidi oluruq. Bu sahənin vəziyyəti o qədər acınacaqlı olub ki, Mustəzəfan Fondu öz otellərini satmaq məcburiyyətində qalıb, halbuki 5 il öncəyə qədər ölkəyə daxil olan bütün turlar Mustəzəfan Fondunun otellərində yerləşdirilirdi. Mustəzəfan Fondunun turistləri cəlb etmək üçün xüsusi bir turizm agentliyi var idi, ancaq indi bu fond öz otellərini satışa çıxarıb, çünki artıq turistlərimiz yoxdur." - deyə xəbərdə qeyd edilib.

Sözü gedən turizm agentliyinin rəhbərinin sözlərinə görə gənc, pul xərcləyən turistlər İrana demək olar ki, gəlmir. Bu cür turistlər əksərən səyahət üçün Türkiyəni seçirlər. 

Xəbərdə İranda son 5 ildə 3000 turizm agentliyinin fəaliyyətini dayandırdığı qeyd edilib.

Etimad qəzetinin məlumatına görə, son 9 ay ərzində Fransa, Hollandiya, İspaniya, Portuqaliya, Kanada, İngiltərə, Amerika, Yeni Zelandiya, İrlandiya, Hindistan, Danimarka, Sinqapur, Almaniya, İsveçrə, Honq Konq və Yaponiya hökumətləri öz vətəndaşlarına İrana səyahət və ya orada qalmaq barədə xəbərdarlıq edib.

visiontv.az



Seçilən
20
visiontv.az

1Mənbələr