Son dövrlərdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın oğlu Erik Trampın təklifləri və maraqları geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Erik Tramp "Amazon" platformasında bir səbət hazırlayaraq bu səbətə Kanada, Qrenlandiya və Panam kanalını daxil edib.
Bu "səbət" ABŞ-ın "qaytarılması planlaşdırılan" və ya əraziyə sahib olmaq istədiyi bölgələri bir araya gətirmək məqsədi güdür.
Erik Trampın təqdim etdiyi bu "səbət" əslində, atasının və özünün daha əvvəl irəli sürdüyü ərazi ilə bağlı təkliflərin davamıdır. 2020-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Kanadaya ABŞ-ın 51-ci ştatı olmağı təklif edib. Bu təklif həm ABŞ-ın daxili siyasətində, həm də beynəlxalq müstəvidə böyük diqqət mərkəzinə çevrildi.
Donald Trampın digər bir təklifi isə Panam kanalının geri qaytarılması ilə bağlı olub. O, ABŞ-ın Panama kanalının nəzarətini bərpa etmək istəyini açıq şəkildə bəyan edib.
Bundan əlavə, Trampın birinci prezidentlik dövründə, xüsusilə 2019-cu ildə, Qrenlandiyanı Danimarkadan satın almaq təklifini irəli sürüb. Bu təklif o zaman geniş müzakirələrə səbəb olub və həm ABŞ, həm də Danimarka arasında gərginlik yaradıb.
Musavat.com