AZ

Ayrıldıqlarını belə açıqladı

Məşhur türkiyəli aktyor Burak Deniz və sevgilisi Bestemsu Özdemir ayrılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu aktyorun özü jurnalistlərə açıqlamasında təsdiqləyib.

“Marketə getdiyimiz zaman çox ac olanda hər şeyi almaq istəyirik, amma tox olanda ehtiyacımız olan qədər alırıq. Münasibəti bir az da ona bənzədirəm, bəzən emosional aclıq hiss edirik. Məncə, çox danışmağa ehtiyac yoxdur. Məndən onun haqda soruşmağınız üçün heç bir səbəb yoxdur. Hər kəs öz yoluna gözəl şəkildə davam edir. Çox hörmətli şəkildə yollarımızı ayırdıq. Həyat bəzən insanları ayrı yollarda yeriməyə məcbur edə bilir”, - deyə aktyor bildirib.



Seçilən
6
1
qafqazinfo.az

2Mənbələr