"Barselona" hücum xəttini gücləndirmək istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, "Atletik Bilbao"nun hücumameyilli yarımmüdafiəçisi Niko Uilyams ilə maraqlanır.
Alternativ variantlar arasında Xviça Kvaratsxeliya (Napoli), Markus Reşford (Mançester Yunayted), Rafael Leau (Milan) və Kristofer Nkunku (Çelsi) var.
Flikin komandası 38 xal toplayıb və birinci pillədəki "Atletiko"dan 3 xal geri qalır.