"Vəziyyət o həddə çatıb ki, yataq otağındancanlı yayım açırlar" —Sosioloq
"Sosial şəbəkələr həyatımıza bu qədər pərçimlənəndən bəri hamı hər şeyi kamera önündə edir, özünü buna məcbur hiss edir. İnstaqramda övladının bütün məhrəmiyyətini paylaşan analar, tik-tokda bütün gününü kamera qarşısında keçirən gənclər, yaşlılar, həyat yoldaşı ilə məhrəm səhnələr çəkib paylaşan kişilər, qadınlar və daha kimlər, kimlər. Vəziyyət o həddə çatıb ki yataq otağından belə canlı yayım açıb sosial şəbəkədə yayımlayanlar kütləviləşib. Normal bir insan niyə yataq otağını - ən məhrəm yerini milyonlarla insana göstərsin ki? Buna niyə ehtiyac duysun?"
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
"Kamera qarşısında pul üçün soyunanlar, ədəbsiz hərəkətlər edənlər, daha çox baxış qazanmaq uğrunda bütün dəyərlərindən keçən kütlə hər gün böyüyür. Atalar qızları ilə kamera qarşısında trend üçün biədəb hərəkətlər edir, analar azyaşlı uşağının məhrəm yerlərini göstərir, addım-addım hər hərəkətini çəkib paylaşır, ər-arvad yataqda canlı yayım açır, qızlar pul qarşılığında canlı yayımda bədəninin hər hansı bir əzasını açır, erotik rəqs edir. Xülasə, ağlınıza gələ biləcək bütün yollarla məhrəmiyyət nümayiş etdirilir".
O bildirib ki, xalqın ədəbini, əxlaqını pozanlara qarşı çoxdan ciddi tədbir görülməli idi:
"Bu qədər azadlıq verilməməli idi onlara, bu qədər boş qoyulmamalı idi o meydan. İstədiklərini etdilər deyə azğınlaşdılar. Cinsi bilinməyən məxluqlar canlı yayımlarda olmazın hərəkətlər edirlər, biabırçı formada danışırlar. Bir vaxtlar uzaq ölkələrdəki orta cins polemikalarını oxuyub təəccüb edirdik, bizdəki orta cinslərdən xəbərsizmişik. Yağış sonrası göbələk misalı, hər yerdədirlər. Sayları getdikcə artır, kütləviləşir vəziyyət. Vaxtilə ata-anasından çəkinən indi cəmiyyətdən də çəkinmir, ətrafı vecinə almır. Çox narahatam, öz övladlarım üçün, hamının balası üçün. Pərdə qalxıb artıq, jurnala baxdıq, kino qabaqdadır. Anons heç yaxşı şeylər söyləmədi bizə. Dövlət əl atmalıdır bu məsələyə, ciddi formada ölçü götürülməlidir".
Əfsanə Kamal
Demokrat.az