AZ

Bu ölkədə “BYD” zavodunun tikintisi - DAYANDIRILDI

Braziliyanın Əmək Nazirliyi 2024-cü ilin noyabrında başlayan yoxlamalar zamanı “Jinjiang Group” podratçı şirkətində 160-dan çox işçinin “qul kimi şəraitdə” işlədiyini aşkar edib.

İdarənin hesabatında bildirilir ki, tikinti sahəsində təhlükəsizlik standartlarına əməl olunmayıb, yaşayış şəraiti “dəhşətli” olaraq qiymətləndirilib: çarpayılar döşəksiz olub, iş günü 05:30-da başlayıb və 31 işçiyə cəmi bir vanna otağı düşüb.

Əgər işçi işə götürüldükdən altı aydan tez işdən ayrılırdısa, şirkət onun maaşını kəsirdi. 26 dekabr 2024-cü ilə qədər “BYD” və “Jinjiang” pozuntuların aradan qaldırılması barədə hesabat verməlidir. Zavodun tikintisinin nə vaxt bərpa olunacağı məlum deyil.

Qeyd edək ki, Braziliyada zavodun tikintisi üçün “BYD” üç podratçı – “Jinjiang Group”, “Open Steel” və “AE Corp” ilə müqavilə bağlayıb.

2024-cü ilin noyabrında aparılan yoxlama zamanı işçilərin həftənin yeddi günü, gündə 12 saat işlədiyi aşkarlanıb. Onların bir çoxu ayaqqabısız və qoruyucu dəbilqəsiz işləyir, təmiz içməli suya çıxışı olmadığı üçün gölməçələrdən istifadə etməyə məcbur qalır. Eyni zamanda, eyni sahədə braziliyalı işçilər üçün iş şəraiti o qədər də “sərt” olmayıb.

Seçilən
8
kommersant.az

1Mənbələr