Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci il yanvar ayının 28-də eləcədə fevral ayının 03-07 tarixlərində pul hərracları keçiriləcək.
Ləğv prosesində olan bankların əmlakları hərraca çıxarılır - QİYMƏTLƏR
FED.az xəbər verir ki, yanvar ayının 28-də saat 09:30-da baş tutacaq hərracda 31.05.1999-cu ildə təsis edilmiş Cəlilabad Şərab müəssisəsinin 41 246 ədəd səhmi satışa çıxarılacaq. Satışa çıxarılan səhmlərin nominal dəyəri və hərracda ilkin satış qiyməti 164 984 manat təşkil edir.
03-07 fevral tarixlərində saat 09:00-dan 18:00-dək keçiriləcək hərraca isə 4 müəssisənin səhmləri çıxarılacaq. Hərraca sayı 13 107 – 50 685 ədəd aralığında səhmlər çıxarılacaq, və səhmlərin nominaı dəyəri 2 – 4 manat müəyyən edilib.
Pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.
Hərraclar haqqında daha detallı :
2025-ci il yanvar ayının 28-də keçiriləcək pul hərracında səhmləri satışa çıxarılacaq səhmdar cəmiyyəti haqqında məlumat :
Sıra sayı | Səhmdar cəmiyyətinin hüquqi ünvanı | Nizamnamə kapitalının həcmi (manat) | Buraxılmış səhmlərin ümumi sayı (ədəd) | Bir səhmin nominal qiyməti (manat) | Satışa çıxarılmış səhmlər | Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) | Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti | İlkin satış qiymətinin | |
sayı (ədəd) | buraxılmış səhmlərin ümumi sayında | ||||||||
1 | Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri | 368620,00 | 92.155 | 4,00 | 41246 | 44,76 | 164984,00 | 164984,00 | 16498,40 |
****
Səhmləri 2025-ci il 03-07 fevral tarixlərində ixtisaslaşdırılmış pul hərracında satılacaq səhmdar cəmiyyəti haqqında məlumat :
Sıra №-si | Səhmdar cəmiyyətin adı, | Ünvanı | Nizamnamə | Buraxılan | Bir səhmin | İxtisaslaşdırılmış pul hərracına çıxarılan səhmlər | |
Sayı | Nizamnamə | ||||||
1 | Bərdə Kəndkimya №533 06.04.1998 | Bərdə şəhəri, Sənaye küçəsi, 5 | 191592,2 | 95796 | 2,0 | 28764 | 30,0 |
2 | Cəlilabad Şərab №309 31.05.1999 №178 03.08.2017 | Cəlilabad rayonu, Cəlilabad - Bakı şossesinin 2-ci kilometri | 368620,00 | 92155 | 4,0 | 50685 | 55,0 |
3 | Daşkəsən Aqrotexservis №383 02.03.1998 | Daşkəsən rayonu, Quşçu körpüsü kəndi | 195246,2 | 97623 | 2,0 | 29293 | 30,0 |
4 | Zabrat Tikinti Quraşdırma №663 20.04.1998 | Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2, Tramvay küçəsi | 87385,60 | 43692 | 2,0 | 13107 | 30,0 |