AZ

Rusiyalı politoloq: "Bakı Putin və Trampın görüşünün keçirilməsi məkanı üçün əsas namizəddir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanın paytaxtı Bakı Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin seçilmiş dövlət başçısı Donald Trampın potensial sammitinin keçirilməsi üçün ən ehtimal yerdir".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın dövlət və ictimai xadimi, diplomat, politoloq Sergey Markov özünün "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, məhz Bakı Rusiya Baş Qərargahı və ABŞ Ordusunun Qərargah Rəisləri Komitəsi başçılarının daimi görüş yeri olub.
"Yəni həqiqətən yaxşı yoxlanılmış məkandır. Bu yaxınlarda BMT-nin böyük iqlim sammiti (COP29) keçirilib. Yaxşı logistikası var", - deyə politoloq bildirib.
Markov Azərbaycanın böyük dövlətlərlə münasibətlərdə vurğulanmış neytrallığını da mühüm faktor adlandırıb.
O, Azərbaycanın namizədliyi üçün yeganə mümkün maneənin Vaşinqtondakı bəzi lobbi qruplarının ola biləcəyini vurğulayıb.
Seçilən
8
50
oxu.az

10Mənbələr