AZ

İranla ümumi düşmənimiz var - Əfqanıstan rəsmisi

ABŞ və Şimali Atlantika Alyansı Kabil və Tehran üçün ortaq düşməndir.

Yenisabah.az Tolou News-a istinadla xəbər verir ki, bu fikri "Taliban" hökumətinin xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanikzai deyib.

“ABŞ və Qərb dünyası, xüsusilə, NATO bizə qarşı adi müharibə aparmır, siyasi və iqtisadi müharibə vəziyyətindədir. Eyni münasibəti İran İslam Respublikasına da nümayiş etdirirlər. Ona görə də bizim ümumi düşmənlərimiz var, ölkələrimiz dostluq münasibətlərini dərinləşdirməli və möhkəmləndirməlidir”, - deyə Stanikzai vurğulayıb.


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr