AZ

Türkiyə və Suriya terrorçulara qarşı əməliyyat keçirə bilər

Türkiyə və Suriya PKK və YPG-yə qarşı birgə hərbi əməliyyat keçirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "Hürriyet" qəzetində yazı dərc olunub.

Məlumata görə, Türkiyə hökuməti Suriyanın yenidən qurulması üçün yol xəritəsi hazırlayıb.

Burada prioritet vəzifə isə PKK və YPG terror təşkilatlarının tərksilah və ləğv olunmasıdır.

Əks halda, terrorçuların bölgədən çıxarılması üçün Türkiyə və Suriyanın birgə hərbi əməliyyat keçirəcəyi vurğulanıb.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Suriyada heç bir terror təşkilatına yer olmadığını bildirib.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
11
teleqraf.com

1Mənbələr