“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 17-ci turunda “Komo” üzərində 2:0 hesablı ev qələbəsini şərh edib.
Arena.az “Football Italia” nəşrinə isitinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Biz “Komo”nu təbrik etməliyik, çünki onlar burada yaxşı futbol oynadılar, amma “İnter” diqqətini daima cəmlədi və onlara çox az imkan verdi. Birinci hissədə həmişə olduğu qədər kəskin deyildik, elə, meydan da ən yaxşı vəziyyətdə deyildi, çünki gələn həftə yenidən qurulacaq. Biz var gücü ilə qaçan komandaya qarşı oynadıq, amma bilirdik ki, sürəti artıran kimi vəziyyətə nəzarəti ələ keçirə bilərik və elə, belə də oldu”, deyə Simone İnzaqi məmnunluqla bildirib.
16 oyundan 37 xalla “İnter” İtaliya A Seriyasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Buna rəğmən, “İnter” 17 oyundan 40 xalla zirvədə qərarlaşmış “Atalanta”ya nəzərən, şərti lider qismindədir. “Komo” isə 15 xalla 15-ci pillədə qərarlaşıb.