AZ

Təbrizli fəal həbsxanaya köçürülüb

5 həftədirki SEPAH-ın Təbrizdəki təhlüksizlik təcridxanasında saxlanılan ictimai fəal və siyasi məhbus Yaşar Təbrizi (Əkbər Quluzadə) dekabrın 23-də Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb.

Bu barədə insan haqları fəalları onun ailəsinə istinadən məlumat yayıb.

Məlumata görə, fəal həbsxanaya köçürülsə də, hələ də onun nədə ittiham olunduğu və həbs səbəbi barədə məlumat verilməyib.

Yaşar Təbrizinin həbsxanaya köçürülməsi, onun quru aclıq etməsi və səhhətinin pisləşməsindən sonra baş verib.

Qeyd edək ki, son dəfə noyabrın 19-da həbs edilən ictimai fəal və siyasi məhbus Yaşar Təbrizi, bundan əvvəl də bir neçə dəfə məhkumluq dövrü yaşayıb.

O, əvvəlki həbs dövründə "milli təhlükəsizliyə zərbə vurmaq" və "xarici ölkələrlə əlaqə qurmaq"da günahlandırılmışdı.

visiontv.az



Seçilən
3
visiontv.az

1Mənbələr