AZ

Bu ölkədə əhali sürətlə qacalır

Cənubi Koreya Daxili İşlər Nazirliyi ölkədə əhalinin 20 faizinin 65 və yuxarı yaşda olan insanlardan ibarət olduğunu bildirib. 

Nazirlik Cənubi Koreyanın “super yaşlı cəmiyyət” kateqoriyasına aid olduğunu açıqlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, Cənubi Koreya Daxili İşlər Nazirliyinin bəyanatına əsaslanaraq, ölkədə 65 və yuxarı yaşda olanların sayının 10,24 milyon nəfərə çatdığı bilirilir. 51,22 milyonluq əhalinin 20 faizini yaşlılar təşkil etdiyi üçün Cənubi Koreya “super yaşlılar cəmiyyəti” kateqoriyasına daxil olub. Daxili İşlər Nazirliyi əhaliyə yönəlmiş nazirliyin yaradılması ilə tədbirlərin görülməsinə “təcili ehtiyac” olduğunu qeyd edib. 

Bu ilin əvvəlinə əhalinin 19,05 faizini ahıllar təşkil edirdi. 2017-ci ildə Cənubi Koreya "yaşlılar cəmiyyəti" kateqoriyasına düşüb. Çünki 65 və yuxarı yaşda olan insanlar əhalinin 14 faizini təşkil edirdi. Birləşmiş Millətlər Təşkilatı yaşı 65 və daha çox olan insanların sayının 7 faizdən çox olduğu ölkələri “qocalan cəmiyyət”, 65 yaşdan yuxarı insanların sayının 14 faizini keçdiyi ölkələri “qocalar cəmiyyəti” və 20 faizdən yuxarı olduqda isə "super yaşlı cəmiyyət" kimi təsnif edir. 2023-cü ildə 0,72 ilə doğum nisbətinin ən aşağı olduğu ölkələr sırasında olan Cənubi Koreyada sosial-iqtisadi səbəblərə görə doğum nisbəti azalır. 

Seçilən
2
cebheinfo.az

1Mənbələr