Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov “WhatsApp”ı qadağan etməyə hazırlaşdıqlarını etiraf edib.
Publika.az xəbər verir ki, Svintsov bu vəziyyəti mesajlaşma tətbiqinin Rusiya qanunlarına riayət etmək öhdəliyi ilə əlaqələndirib.
Xüsusilə istifadəçi məlumatlarının saxlanması və sorğu əsasında Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) təqdim edilməsi kimi hüquqi öhdəliklər “WhatsApp”ın gələcəyini qeyri-müəyyən edir.
“WhatsApp” dekabr ayında Roskomnadzor tərəfindən “İnformasiya Yayma Təşkilatı” siyahısına əlavə edilib. Bu siyahıya daxil edilmiş platformalar istifadəçi məlumatlarını saxlamağa və lazım gəldikdə dövlət orqanlarına təqdim etməyə borcludurlar.
Svintsov bildirib ki, Trampın prezident seçilməsi Moskva ilə Vaşinqton arasında münasibətləri yumşalda bilər. Bununla belə, bu vəziyyətin mesajlaşma tətbiqlərinə təsiri qeyri-müəyyən olaraq qalır.