AZ

Həbs edilən tiktokerlərin sponsoru “Legend Motors”la bağlı - Şok faktlar

Xəbər verdiyimiz kimi, “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb. Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına avtomobil hədiyyə edən isə “Legend Motors”dur.

Turkustan.az Teleqraf.com-a istinadla xəbər verir ki, “Legend Motors” Çin istehsalı avtomobillərinin sifarişlə çatdırılması, satışı, servis xidmətləri və proqram təminatı üzrə fəaliyyət göstərir.

Şirkətin təqdim etdiyi avtomobillər arasında Çinin məşhur eksklüziv markalarından olan "Zeekr", “Li Avto”, “Avatr, VOYAH” və sair brendlər var.

Bu avtomobillər bazar dəyərindən qat-qat baha daxili kredit şərtləri ilə azərbaycanlı alıcılara təqdim olunur.

Şirkət avtomobil sifarişi üçün ilkin 50 faiz ödəniş tələb edir. Məbləğin qalan hissəsi 12 aylıq kredit şəklində bölünür.

Çin avtomobilləri adətən daha sərfəli qiymətlərlə satılır. Eləcə də sərfəli kredit şərtləri və kampaniyalar alıcıları həvəsləndirir. Götürək “Geely Group”un istehsalı olan, “Legend Motors”un Azərbaycan bazarını təmin etdiyi “ZEEKR” adlı premium subbrend avtomobillərini. Hazırda bu avtomobillər rəsmi olaraq dörd MDB ölkəsində - Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistanda satılır. Hələlik sadəcə Qazaxıstanda bu modellər ucuzdur.

“Legend Motors” “ZEEKR 001”i alıcılara 45.500 dollardan 77 min 350 manat ekvivalentində təklif edir. Düzdür, bu markanın başlanğıc qiyməti Azərbaycanda Belarus, Qazaxıstan və Özbəkistanla müqayisədə bir qədər ucuzdur. Lakin bunun da öz səbəbləri var.

Belə ki, Azərbaycana gətirilən “ZEEKR” 272 at gücünə malik arxa ötürücü ilə təchiz edilib. Halbuki bigər MDB bazarlarında satılan “ZEEKR 001” 544 at gücünə malik iki elektrik mühərriki ilə təchiz edilib. Belə nəticəyə gəlmək olar kı, “Legend Motors” bu avtomobilləri daha baha satır.

“Legend Motors” “ZEEKR X”I 35,500 dollara alıcıya təklif edir. Digər bazarlarda Qazaxıstan və Özbəkistanda bu model daha ucuzdur.

Onu da qeyd edək ki, “ZEEKR” avtomobillərinin istehsalçı ölkədə - Çində minimal qiyməti 33 min, maksimal qiyməti isə 48 min dollardır. Son bir ildə Çində bu maşınların bazar dəyəri 10 faiz düşüb.

Azərbaycanda alıcılara baha qiymətə avtomobil satıb qazancını ildən-ilə artıran “Legend Motors”un nə rəsmi internet səhifəsi, nə də diller kimi bir statusu var. Sadəcə "İnstagram" sosial platforması vasitəsilə biznesini təşkil edərək “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları vasitəsilə özünü reklam edib müştəri toplayır.

Seçilən
11
5
turkustan.az

6Mənbələr