Yussef En-Neseri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, mərakeşli oyunçu ilə "Əl-Nəsr" yaxından maraqlanır. Ərəblər "Fənərbağça"ya 30 milyon avro ödəmək niyyətindədir.

Lakin Joze Mourinyo futbolçunun komandada qalmasını istəyir. 

Qeyd edək ki, En-Neseri bu mövsüm 24 matçda 9 qol vurub, 3 məhsuldar ötürmə edib.