AZ

“PICASP” layihəsinin yekun konfransı keçirilib

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Xəzər regionunun inkişafını dəstəkləyən “PICASP” (Xəzər regionunda universitet-sənaye əməkdaşlığını həyata keçirən təcrübə müəssisələri pilot kursları) layihəsinin yekun konfransı olub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor İlham Mədətov “PICASP” layihəsinin region üçün önəmindən bəhs edib. ATMU-nun beynəlxalq layihələrdə fəal iştirakına münasibət bildirən rektor İ.Mədətov universitetin yeni təşəbbüslərdə təmsilçiliyə hər zaman hazır olduğunu deyib.

Universitetin struktur rəhbərləri, professor-müəllim heyəti layihənin faydalı nəticələrindən bəhs ediblər. ATMU tələbələrinin layihəyə dair təqdimat çıxışlarında isə turizm destinasiyalarında yeni biznes planlamasını şərtləndirən innovativ ideyalar əksini tapıb.

Yekun hesabat konfransında qeyd olunub ki,“PICASP” layihəsi Xəzər regionunda universitet-sənaye əməkdaşlığının gücləndirilməsi və tətbiqi baxımından əhəmiyyətli faktor olmaqla yanaşı, məqsədyönlü platformaların yaradılmasına da təkan verib.

 

Seçilən
20
1
azertag.az

2Mənbələr