İtaliya Baş nazirinin müavini və Xarici İşlər Naziri Antonio Tajani İtaliya nümayəndə heyətinin Suriyada yeni administrasiya ilə görüşdüyünü və ölkədə sülh və sabitlik prosesinin fəal hissəsi olmaq istədiklərini ifadə edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tajani bu prosesdə Suriyanın yanında olmaq istədiklərini açıqlayıb.
Tajani Suriyaya qarşı sanksiyaların aradan qaldırılması üzərində işləmək üçün bu prosesləri izləməyin vacib olduğunu da vurğulayıb.
Qeyd edək ki, İtaliyanın baş naziri Giorgia Meloni də dekabrın 18-də Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının lehinə olduğunu desə də hazırda vəziyyət o qədər də aydın deyil.
Mikayıl