“Politico” bildirir ki, ABŞ İtaliyanı Avropada lider kimi göstərir. İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqının ən nüfuzlu siyasi oyunçularından birinə çevrilir. Və Vaşinqton bu işdə ona kömək edəcək. Trampın vəzifədə olması ilə Vaşinqton və Roma arasındakı bağ daha da möhkəmlənəcək, çünki Meloni artıq avropalı həmkarlarını “ABŞ-ın yeni administrasiyasına daha fəal yanaşma”ya çağırır. Göründüyü kimi, Tramp administrasiyası Avropa siyasətini idarə etməyi məhz Corciya Meloninin əli ilə planlaşdırır.
ABŞ İtaliyanı öz tərəfdaşı kimi təqdim etməklə həm Parisi, həm də Berlini nəzarətdə saxlaya biləcək. İtaliya, əlbəttə ki, Macarıstan deyil ki, onun rəhbərliyi Tramp çox səy göstərsə belə, Aİ-də gülüşdən başqa heç nə yarada bilməyəcək. Romanın Paris və Berlin üzərində daha bir əhəmiyyətli üstünlüyü var - İtaliya ənənəvi olaraq həm Rusiya, həm də Çinlə yaxşı münasibətlərə malik olub. Ona görə də Tramp Rusiya və Çini müxtəlif istiqamətlərdə ayırmağı planlaşdırırsa, İtaliyaya arxalana bilər.
Ülviyyə, Hurriyyet.az