AZ

Kamilla Məmmədzadə Dubayda "Grand Prix" mükafatını qazandı -

Kamilla Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Miss Union" beynəlxalq müsabiqəsinin "GRAND PRIX" mükafatını qazanaraq yeni uğura imza atıb.11-ci Miss Union Fashion müsabiqəsi Dubayın ən prestijli məkanlarından biri olan, dəbdəbəli "Amwaj Rotana Jumeirah Beach" hotelində keçirilib. Azərbaycanın parlayan ulduzu, musiqiçi və dizayner Kamilla Məmmədzadə bu müsabiqədə iştirak edərək xüsusi mükafata layiq görülüb. Kamilla Azərbaycana yeni bir uğurla qayıdacaq."Miss Union Fashion" müxtəlif ölkələrdən iştirakçıların öz mədəniyyət və ənənələrini müasir üslubda təqdim etdiyi beynəlxalq gözəllik və moda müsabiqəsidir. Müsabiqənin əsas məqsədi fərqli mədəniyyətləri tanıtmaq, moda dünyasında müxtəliflik və zənginlik yaratmaqdır.Müsabiqənin təsisçisi və təşkilatçısı özbəkistanlı moda dizayneri və xoreoqraf Gülnora Muxamedovadır. İlk dəfə 2016-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən bu müsabiqə sonrakı illərdə Vyana, Daşkənd və digər şəhərlərdə də təşkil olunmuşdur. "Miss Union Fashion" fərqli mədəniyyətlərin tanıdılması və anlaşılmasına xidmət edərək, moda dünyasında yeni bir zənginlik yaradır.Kamilla Məmmədzadə Azərbaycanın milli qürurudur. Gənc musiqiçi və dizayner kimi onun uğurları 2017-ci ildən başlayaraq davam edir. O, “Kids Best Model" müsabiqəsində “Prinsessa” nominasiyasını, 2019-cu ildə “HELPING YOU” mahnısının təqdimatını, 2020-ci ildə “Caspian Awards" tərəfindən “Professional Uşaq Müğənnisi” mükafatını qazanmıb. 2021-ci ildə “Neva Fashion Week”də özünün “Kamilla’s Magic World” kolleksiyasını təqdim edərək böyük maraq doğurmuş və “Golden Star Kids” müsabiqəsində “Grand Prize” mükafatına layiq görülüb. Eyni zamanda, Türkiyədə “Ən Yaxşı Uşaq Müğənnisi” mükafatını qazanmış, 2022-ci ildə isə “EXPO 2020-Dubai” festivalında iştirak edərək xüsusi mükafata sahib olmuşdur.Beləliklə, Dubayda keçirilən “Miss Union Fashion” müsabiqəsində iştirak edərək Kamilla Məmmədzadə növbəti uğuruna imza atmışdır. Belə ki, “Yes Moda Evi” ilə birlikdə əməkdaşlıq çərçivəsində yaradılan “Kamilla by Yes Couture” markası altında sərgilənən geyim kolleksiyası münsiflər heyəti tərəfindən yüksək bal qazanaraq “Mövsümün Ən Yaxşı Moda Dizayneri” mükafatına layiq görülüb. Eyni zamanda proqramın qala tədqdimatında Azərbaycanın Zəfəri Kamilla Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Miss Union beynəlxalq” müsabiqəsinin “GRAND PRIX” mükafatını qazanaraq yeni uğura imza atıb.

Bu uğur onun gələcək nailiyyətləri üçün yeni bir başlanğıc olacaq.

Seçilən
11
metbuat.az

1Mənbələr