Tanınmış erməni jurnalist Natali Aleksanyan Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkə hesabında paylaşım edib.
“Hörmətli İlham Əliyev,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, rifah və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram.
Bu gün bölgənin rifahına töhfə verən sülh, əməkdaşlıq və qarşılıqlı anlaşma dəyərlərini bir daha vurğulamaq üçün mühüm bir fürsətdir”, -paylaşımda bildirilir.
Qeyd edək ki, Natali Aleksanyan Azərbaycan və Ermənistan arasında daim sülh çağırışları etməsi ilə tanınır.