Rusiya hökuməti çərşənbə axşamı düyü toxumları istisna olmaqla, düyü və düyü məhsullarının ixracına qoyulan qadağanı daha 6 ay, yəni 2025-ci il iyunun 30-dək uzadıb.
"Cebheinfo.az" xəbər verir ki, məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqının vahid bazarı, Abxaziya və Cənubi Osetiyaya düyü ixracına, eləcə də humanitar yardım və beynəlxalq tranzit daşımalarına şamil edilmir.
Xatırladaq ki, düyü ixracına müvəqqəti məhdudiyyətlər ilk dəfə 2022-ci ildə Fedorovski su elektrik stansiyasında baş vermiş qəza və Rusiyanın əsas düyü istehsal edən bölgəsi olan Krasnodar vilayətində düyü sahələrini su basması səbəbindən tətbiq edilib.