AZ

ABŞ-ın Bişkek səfirliyi: Qırğızıstanda müstəqil medianı dəstəkləməkdən qürur duyuruq

ABŞ-ın Bişkek səfirliyi," Qırğızıstanda müstəqil medianı dəstəkləməkdən qürur duyuruq", deyə bəyanat verib.

“ABŞ səfirliyi hökumət və yerli təşkilatlarla tərəfdaşlıq yolu ilə Qırğızıstan xalqına dəstək verən maliyyə yardımı göstərməkdən qürur duyur. Jurnalistika sahəsində bizim yardımımız faktların yoxlanılması proqramlarının maliyyələşdirilməsinə, qırğızdilli jurnalistikanın dəstəklənməsinə və araşdırmaçı jurnalistlərə korrupsiya da daxil olmaqla hüquq pozuntularının üzə çıxarılmasına kömək etmək məqsədi daşıyır”, - diplomatik departamentin bəyanatında deyilir. Qeyd olunur ki, yuxarıda qeyd olunan proqramların “bir məqsədi var - təhlükəsiz, ədalətli və firavan Qırğızıstan Respublikasına dəstək olmaq”.

Ülviyyə, Hurriyyet.az

Seçilən
13
hurriyyet.az

1Mənbələr