AZ

Qəzzada ayaqlarını itirən futbolçular aylar sonra məşqə başladılar

Qəzzada savaşda ayağlarını itirən idmançılardan ibarət Fələstin Amputasiyalılar Milli Futbol Komandası İsrailin hücumları başlayandan bəri ilk dəfə yaşıl meydanlarda məşq ediblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, assosiasiyasının prezidenti Fuad Əbu Qalyun jurnalistlərə açıqlamasında müharibənin başlamasından sonra ilk dəfə olaraq amputantlar üçün məşq təşkil edildiyini bildirib.

\"Bu təşəbbüs oyunçularımıza tək olmadıqlarını göstərmək və onların idmanda aktiv iştirakını təmin etmək üçün edilib. Biz ümidləri canlandırmaq istəyirik\" - deyə prezident deyib.

İdman vasitəsilə amputantların yenidən həyata tutunmasını təmin etməyi hədəflədiklərini bildirən Əbu Qalyun, həyat normallaşdıqdan sonra Qəzzada amputasiyalar üçün bir idman şəhəri qurmaq istədiklərini qeyd edib.
 
Cəmalə
Seçilən
5
azxeber.com

1Mənbələr