Qəzzada ölü və yaralıların ümumi sayı 153 mini keçib
2023-cü ilin oktyabrında anklavda döyüşlər başlayandan bəri Qəzza zolağında 45 min 300-dən çox fələstinli İsrail qüvvələri tərəfindən öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzzada törətdiyi əməliyyatların qurbanlarının sayı 45 min 338 nəfərə çatıb, daha 107 min 764 nəfər yaralanıb”, - məlumatda bildirilir.