AZ

Gürcüstanda prezident şəxsi təşəbbüsü ilə seçki çağıra bilər?

“Gürcüstan Konstitusiyasına əsasən prezidentin öz təşəbbüsünə görə parlament seçkiləri təyin etmək hüququ yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu “Xalqın gücü” partiyasından olan deputat Quram Maçaraşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seçkilərlə bağlı Salome Zurabişvilinin imzalayacağı sənəd hüquqi qüvvəyə malik olmayacaq.

“Dövlət başçısı şəxsi təşəbbüslə yalnız parlament iki dəfə hökuməti seçə bilmədiyi halda seçkilər təyin edə bilər. Eyni zamanda prezident belə hüquqa yalnız növbədənkənar seçkilər zamanı və ya Konstitusiya Məhkəməsi seçkilərin keçirilməsi barədə qərar qəbul etdiyi halda formal olaraq malikdir”, - Q.Maçaraşvili qeyd edib.

Xatırladaq ki, S.Zurabişvili dekabrın 29-dək yeni seçkilərin təyin olunmasını tələb edir. O, ötən gün yeni seçkilərə hazırlıq üçün şuranın yaradılacağını bildirib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
5
teleqraf.com

1Mənbələr