AZ

Zəngəzur məsələsi mütləq həll ediləcək: Fransa və İranın neytrallaşdırılmasına da az qalıb

"Zəngəzur dəhlizi məsələsi həll ediləcək. Ermənistan qismən razılıq vermək istəyir, lakin Fransa və İran kimi təhrikçilər onun mövqeyinə təsir göstərir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.

Onun sözlərinə görə, hazırda Ermənistanın işğal zamanı Azərbaycana vurduğu külli miqdarda ziyan və zərərin əvəzinin ödənilməsi gündəmdədir.

Siyası şərhçi bildirib ki, erməni tərəfi zərər vuran tərəf olduğu üçün hər cürə vəchlə Azərbaycandan asılıdır. Sadəcə Azərbaycan səbrlə davranır və Ermənistan üçün fürsət verir.

Müsahibimizə görə, Zəngəzur dəhlizinin açılmaması da Ermənistanın ziyanına olacaq:

“Çünki Azərbaycan üçün alternativ yol var. Amma Ermənistan tərəfinin bundan imtina etməsi digər məsələlərdə Azərbaycanın da kompromis ehtimalını azaldır. Həmçinin sülhdən yayınmaqla yenə də Ermənistan özünə ziyan vurur. Faktiki olaraq konstitusiyasında Türkiyə və Azərbaycana qarşı torpaq iddiası irəli sürməklə hər iki dövlətin cavab tədbirləri görməsini qanuniləşdirir və bizim də rəsmi şəkildə ata-baba torpaqlarımıza iddia etməyimizə hüquqi əsas verir. Yəni, Ermənistan əsassız olaraq Azərbaycan və Türkiyəyə qarşı torpaq iddiasını qanuna salıbsa, bu iddiadan da vaz keçmirsə Azərbaycan və Türkiyə də haqlı olaraq eyni iddiada buluna bilər. Odur ki, Ermənistanın Zəngəzur məsələsindən yayınması qəbuledilməzdir".

T.İrfan vurğulayıb ki, erməni tərəfinin Zəngəzur məsələsinə yönəlik etirazlarına əsas verən Fransa və İranın neytrallaşdırılmasına da az qalıb:

"Fransada artıq Makron hakimiyyətinə qarşı ciddi etirazlar var. Eyni zamanda bu etirazlar təkcə Fransa daxilində deyil, Afrikadan Asiyaya qədər bir çox dövlətlərlə Fransanın indiki rejimi arasında nataraz münasibətlər iqtisadi əlaqələrin də pozulmasına gətirib çıxarıb. Olsun ki, Fransada hakimiyyət dəyişikliyi zəminində Ermənistana təsir də fərqli görkəm alsın. Eyni zamanda İranın hazırda Suriyadan çıxarılması, Suriya və Livan ermənilərinə də dəstəyini azaldıb. Türkiyə Cümhuriyyəti Dövlətinin artıq dünyada hesablaşılan bir qüdrətə çevirməsi Zəngəzur dəhlizinin də açılmasını labüdləşdirəcək".

Həmsöhbətimiz vurğulayıb ki, Suriyada hakimiyyət dəyişikliyində Türkiyənin rolu əsasən Suriyadan Türkiyəyə sıçrayan terror və bu ölkədəki keçmiş rejimin Türkiyə maraqlarına zidd addımlar atması idi:

"Təbii ki, digər problemlər də vardı. Ermənistan da bölgədə ikinci keçiş Suriya ola bilməz. Buna nə Türkiyə, nə Azərbaycan imkan verməz ki, bu dövlətlərin təhlükəsizliyinə təhdid yaradan qüvvələr münasibətlərə xələl gətirərək öz maraqlarını diqtə etsinlər. Ona görə də hesab edirəm ki, Zəngəzur məsələsi mütləq həll ediləcək. Sadəcə regionda və dünyada gedən siyasi proseslər bu məsələnin hansı səviyyədə həll edilməsinin zamanını ayarlayacaq”.

Tural İrfan: Real sülhü istəməyən qüvvələr Zəngəzur dəhlizinə imkan vermək istəmirlər

Siyasi şərhçiyə görə, Zəngəzur məsələsinin həlli deyildiyi kimi təkcə Azərbaycanın deyil, bütün region ölkələrinin maraqlarına xidmət edəcək və bir növü əyani şəkildə sülhün qarantı olacaq:

“Məhz bu real sülhü istəməyən bəzi qüvvələr Zəngəzur dəhlizinə imkan vermək istəmirlər. Lakin məlumdur ki, artıq Türkiyənin təkcə regionda deyil, dünyadakı böyük nüfuzu və Azərbaycanın qalib dövlət olaraq qətiyyətli siyasəti Zəngəzur məsələsinin yüksək səviyyədə həll edilməsini reallaşdıracaq".

Aydın Baxış

Seçilən
5
bakivaxti.az

1Mənbələr