ABŞ hakimiyyət orqanlarının Çin yarımkeçiriciləri ilə bağlı başladığı təhqiqat açıq şəkildə birtərəfli və proteksionist xarakter daşıyır.
KONKRET.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb. Mənbə Çin Xalq Respublikasının Ticarət Nazirliyinə istinadən bildirir ki, onlar Vaşinqtonun bu addımından hiddətlənib və qətiyyətlə onlara qarşı çıxır. Nazirlik ABŞ-nin hərəkətlərini siyasi səbəblərə görə Çinə təzyiq cəhdi kimi izah edib və belə bir siyasətin nəticəsinin yarımkeçirici sənayesində qlobal istehsal və təchizat zəncirlərinin pozulması ola biləcəyi barədə xəbərdarlıq edib. Nəticədə Amerika şirkətləri və istehlakçıları zərər görəcək. Xatırladaq ki, ABŞ-nin hazırkı administrasiyası Vaşinqtona Çin idxalına əlavə rüsumlar tətbiq etməyə əsas verə biləcək “köhnə” Çin yarımkeçiriciləri ilə bağlı təhqiqata başlandığını elan edib. Söhbət avtomobillərdə, paltaryuyan maşınlarda, telekommunikasiya avadanlıqlarında və digər məhsullarda istifadə olunan komponentlərdən gedir. ABŞ-nin Ticarət Nümayəndəsi Katherine Tai araşdırmanın Amerika istehsalçılarını qorumaq məqsədi daşıdığını bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az