AZ

Yol vermə davaya səbəb oldu - Maraqlı anlar

İstanbulda yol vermə zamanı maraqlı anlar yaşanıb. Sürücülərin “Mən boksçuyam” deyərək bir-birini vurmağa çalışdığı anlar kameralara düşüb.   Manset.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulda Avcılar E-5 şosesində sürücülər arasında yol verilməsi səbəbiylə başlayan mübahisə qısa zamanda davaya çevrilib. Sürücülər peşəkar boksçular kimi keşik çəkərək bir-birinə yumruq atıblar. “Mən boksçuyam, gəl” deyən sürücüyə o biri “mən də boksçuyam” deyə cavab verib. Hər iki sürücünün yumruqları bir-birinə dəyməsə də, ortaya çıxan maraqlı anlar mobil telefonun kamerasına əks olunub.

 
Seçilən
10
manset.az

1Mənbələr