AZ

Qazaxıstan Ermənistana 20 ton donuz əti göndərdi

Qazaxıstanlı sahibkarlar Ermənistana donuz əti ixrac etməyə başlayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qazaxıstan Ermənistana ət ixrac etməyə başlayıb. İlk 20 ton dondurulmuş donuz əti İrəvana ixrac edilib. İxracatçı EMC Agro şirkəti olub.
Bildirilib ki, bu, şirkət üçün xarici sahibkarlarla ilk əməkdaşlıq təcrübəsidir, çünki bu günə qədər onun məhsulları yalnız Qazaxıstanda satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Qazaxıstan şirkəti Çinə donuz ətinin tədarük imkanını da nəzərdən keçirir.

Seçilən
11
ucnoqta.az

1Mənbələr