İngiltərə Premyer Liqa klublarından “Aston Villa” heyətini türk futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda “Kasımpaşa”da forma geyinən Yasin Özcanı transfer edib.
“Aston Villa” bu transfer üçün Türkiyə təmsilçisinə 8 milyon avro ödəməli olacaq.
18 yaşlı futbolçu yanvar ayından etibarən Premyer Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, gənc müdafiəçi bu mövsüm çıxdığı 16 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Rıza Çalımbayın bu işi də uzun çəkmədi - Super Liqada istefa
Lamin Yamalın son durumu açıqlanıb
İtaliya A Seriyası: "İnter"dən qələbə
Türkiyəli La Liqada ayın ən yaxşısı seçilib
Ziyeş İtaliya yolunda