AZ

Xameneiə yaxın şəxslərin Rusiyaya silah tədarükündə rolu

İran rəhbəri Əli Xaməneinin müşaviri və ölkənin Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxaninin oğlu Hüseyn Şəmxani, İrandan Rusiyaya silah tədarükündə iştirak edib.

Bu barədə "Bloomberg" nəşri məlumat yayıb.

Məlumata görə, Hüseyn Şəmxaniyə məxsus nəqliyyat şirkətləri silahların Xəzər dənizi vasitəsilə Rusiyaya daşınmasını həyata keçirib.

Eyni zamanda Şəmxaniyə məxsus şirkətlər Rusiya ilə neft ticarəti və barter əməliyyatlarında da əsas rol oynayıb.

Qeyd edək ki, bir müddət əvvəl Hüseyn Şəmxaninin İranın sanksiyalardan yayınması üçün başqa ölkələrdə də kölgə şirkətlər yaratdığı barədə məlumatlar yayılıb.

visiontv.az



Seçilən
2
visiontv.az

1Mənbələr