AZ

Məhkəmələrdə inzibati xətalarla bağlı protokol tərtib edən vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib - FƏRMAN

Bakı. Trend:

Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqındaişlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəlişəxslərin siyahısında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununlabağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, siyahıdakı dəyişiklik aşağıdakılardır:

Məcəllənin 517-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalarhaqqında işlər üzrə protokol:

Əmlaka zərər vurulmasına səbəb olan və ya səbəb ola biləcəkhərəkətlərə yol verilməsinə, ictimai qaydanın və ictimaitəhlükəsizliyin pozulmasına münasibətdə:

İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Daxiliİşlər Nazirliyi adından – bu Siyahının 1-ci hissəsində nəzərdətutulan vəzifəli şəxslər;

İnzibati xətanı aşkar etmiş yerli icra hakimiyyəti orqanlarıadından – bu Siyahının 12-ci hissəsində nəzərdə tutulan vəzifəlişəxslər;

Əhalinin sağlamlığına zərər vurulmasına səbəb olan və ya səbəbola biləcək hərəkətlərə yol verilməsinə münasibətdə:

İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının SəhiyyəNazirliyi adından – bu Siyahının 3-cü hissəsində nəzərdə tutulanvəzifəli şəxslər;

İnzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının QidaTəhlükəsizliyi Agentliyi adından – bu Siyahının 18-1-ci hissəsindənəzərdə tutulan vəzifəli şəxslər;

Ətraf mühitə zərər vurulmasına səbəb olan və ya səbəb olabiləcək hərəkətlərə yol verilməsinə münasibətdə AzərbaycanRespublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – buSiyahının 19-cu hissəsində nəzərdə tutulan vəzifəli şəxslər;

Qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyatakeçirilməsinə yardım göstərilməməsinə münasibətdə AzərbaycanRespublikasının Fövqəladə Hallar Nazirliyi adından – fövqəladəhallar naziri, onun müavinləri, Nazirliyin Aparatının baş idarərəisi, onun müavini, idarə rəisi, onun müavini, regionalmərkəzlərin rəisləri, onların müavinləri, Mülki MüdafiəQoşunlarının komandanı, onun müavinləri, Mülki Müdafiə Qoşunlarıhərbi hissələrinin komandirləri, onların müavinləri, Xüsusi RiskliXilasetmə Xidmətinin rəisi, onun müavinləri, Xüsusi RiskliXilasetmə Xidməti hərbi hissələrinin komandirləri, onlarınmüavinləri, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallarnaziri, onun müavinləri.

Seçilən
5
10
az.trend.az

10Mənbələr