Türk Ağsaqqaları İctimai Birliyi - TAİB-in mərkəzi ofisində Prezident İlham Əliyevin doğum gününə həsr olunmuş “Tarix yazan lider” adlı dəyirmi masa keçirilib. Missiya.Az xəbər verir ki, tədbirdə TAİB-in İdarə Heyəti, Qadınlar Şurası və Gənclər Təşkilatının üzvləri, ziyalılar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan TAİB-in sədr müavini Eyvaz Hümbətov Ali Baş komandan, cənab İlham Əliyevin 21 illik çoxşaxəli fəaliyyətindən danışaraq bildirib ki, o, bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib və Qarabağ həsrətinə son qoyub. Tədbirdə TAİB İdarə Heyətinin üzvü, sabiq dövlət qulluqçusu Tahir Quliyev qeyd edib ki, İlham Əliyev qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən dövlət başçısıdır. Azərbaycan ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə tarixi nailiyyətlər əldə edilib, ölkəmizin qlobal arenada nüfuzu artıb. Odur ki, bu gün Azərbaycan xalqı öz liderini sevir, dəstəkləyir və ən əsası ona inanır. Tədbirin sonunda TAİB üzvlərinə - Qadınlar Şurası və Gənclər təşkilatına yeni üzvlük vəsiqələri təqdim olunub.Nurlana ƏhmədovaMissiya.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta