AZ

Yaponiyada “Sakuradzima” vulkanı: 3,5 min metr hündürlüyə kül püskürüb

Bakı. Trend:

Yaponiyanın Kaqosima şəhərində yerləşən “Sakuradzima” vulkanıaktivləşib.

Trend xariciKİV-ə istinadən xəbər veir ki, vulkan təxminən 3,5 min metrhündürlüyə kül püskürüb.

Məlumata görə, qısa fasilə ilə iki püskürmə baş verib.

Qeyd edilib ki, vulkanik kül cənub-şərq istiqamətində hərəkətedir. Proqnozlara əsasən, kül təxminən 100 kilometr məsafədə yerədüşəcək.

Mütəxəssislər qeyd edir ki, təxminən iki aydan sonra ilk dəfəvulkanik şleyfin hündürlüyü üç min metrdən çox olub.

Seçilən
15
az.trend.az

1Mənbələr