Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 26-da xarici və Rusiya KİV nümayəndələri ilə onlayn mətbuat konfransı keçirəcək.
KONKRET.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalında Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Mövzular çox olduğu üçün mətbuat konfransı qaynar keçəcək. Cənab Lavrov beynəlxalq vəziyyətin yekun aspektlərinin konturlarını açıqlayacaq”. Zaxarova onu da əlavə edib ki, dekabrın 25-də Lavrov “Rossiya-1” kanalının “60 dəqiqə” proqramına müsahibə verəcək. Bundan əvvəl istefada olan polkovnik-leytenant Daniel Davis ABŞ-ni Lavrovun xəbərdarlıqlarını ciddi qəbul etməyə çağırıb.
Vəli Həsənoğlu,
KONKRET.az