AZ

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydasında dəyişiklik edilib - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş“Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”ndadəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki,Fərmanaəsasən, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətiQaydası”nda bir sıra dəyişikliklər edilir.

Qanunun 5-ci hissə üzrə adı, 5.1-ci və 5.2-ci bəndlər aşağıdakıredaksiyada verilir:

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təminedilməsi vəziyyətinin monitorinqi.

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təminedilməsi vəziyyətinin monitorinqi məqsədilə bu Qaydanın 1.3-cübəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları), həmçinin buQaydanın 5.2-ci bəndində göstərilmiş meyarlarda nəzərdə tutulandigər dövlət orqanları (qurumları) fəaliyyət istiqamətləri üzrəhəmin meyarlara uyğun olaraq, cari il üçün uşaq hüquqlarının təminedilməsi vəziyyətinə dair illik məlumatları (göstəricilər əvvəlkiillə müqayisəli şəkildə olmaqla) növbəti il yanvarın 15-dəkAzərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinə təqdim edirlər.

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təminedilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar AzərbaycanRespublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Eyni zamanda, 6-cı hissə üzrə 6.6-1-ci bənd əlavə edilir:

Monitorinqlər keçirilərkən Azərbaycan Respublikası NazirlərKabinetinin müəyyən etdiyi dövlət və qeyri-dövlət uşaqmüəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblərnəzərə alınır.

Seçilən
6
2
az.trend.az

3Mənbələr