AZ

Şəkidə 27 mindən çox ağac əkilib

Şəki, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində dekabrın 24-də Şəki Şəhər İcra Hakimiyyətinin və 7 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə rayon ərazisində meşə fondu torpaqlarında ağacəkmə aksiyası keçirilib.

Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində rayonun Turan qəsəbəsi ərazisində yerləşən meşə fondu torpaqlarında 1250 ədəd müxtəlif növ ağac tingi əkilib.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində indiyədək Şəki rayonu ərazisində yaşıllıqların artırılması, meşələrin bərpa olunması məqsədilə 48,3 hektar sahədə 27 min 575 ağac əkilib.

Seçilən
4
1
azertag.az

2Mənbələr