AZ

Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də, 2006-cı il 9 avqust tarixli 444 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də və 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə"nin "hesabat" sözü "məlumat" sözü ilə əvəz edilsin.

Bundan başqa, "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"nin "hesabat" sözü "məlumat" sözü ilə əvəz edilsin.

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"nin "hesabat" sözü "məlumat" sözü ilə əvəz edilsin.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"nin "illik hesabatları" sözləri "(qurumlarının) illik məlumatları" sözləri ilə əvəz edilsin.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə"nin "hesabat" sözü "məlumat" sözü ilə əvəz edilsin.

Seçilən
3
4
day.az

5Mənbələr