AZ

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydasında dəyişiklik edilib - FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nda bir sıra dəyişikliklər edilir.

Qanunun 5-ci hissə üzrə adı, 5.1-ci və 5.2-ci bəndlər aşağıdakı redaksiyada verilir:

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi.

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi məqsədilə bu Qaydanın 1.3-cü bəndində nəzərdə tutulmuş dövlət orqanları (qurumları), həmçinin bu Qaydanın 5.2-ci bəndində göstərilmiş meyarlarda nəzərdə tutulan digər dövlət orqanları (qurumları) fəaliyyət istiqamətləri üzrə həmin meyarlara uyğun olaraq, cari il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik məlumatları (göstəricilər əvvəlki illə müqayisəli şəkildə olmaqla) növbəti il yanvarın 15-dək Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edirlər.

Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Eyni zamanda, 6-cı hissə üzrə 6.6-1-ci bənd əlavə edilir:

Monitorinqlər keçirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər nəzərə alınır.

Seçilən
3
2
day.az

3Mənbələr