AZ

“Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub

Bakı. Trend:

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə KomissiyanınRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclasıkeçirilib.

Bu barədə Trend-ə Nazirlikdənbildirilib.

İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbərivə üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci ilüzrə Fəaliyyət Planına daxil edilməsi üçün aidiyyəti qurumlartərəfindən təklif edilmiş tədbirlər və həmin tədbirlərin Qlobalİnnovasiyalar İndeksinin alt-indikatorlarının nəticələrinə birbaşamüsbət təsir göstərə bilmə imkanlılığı və digər aidiyyəti məsələlərətraflı şəkildə müzakirə edilib.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirininmüavini Samir Məmmədov açılış çıxışı edərək 2025-ci il üzrə Qlobalİnnovasiyalar İndeksində Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasıməqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digəraidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeydedib.

Eyni zamanda bildirdi ki, “Texnologiya və innovasiyalar” İşçiqrupunun üzvləri tərəfindən 2025-ci il üzrə Fəaliyyət PlanınaQlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarına birbaşa müsbəttəsir göstərən tədbirlərin əlavə edilməsi məqsədilə təkliflərtəqdim edilib.

İclas zamanı sözügedən təkliflərin daha da konkretləşdirilməsivə ölçüləbilən olması üçün işçi qrupun üzvlərinə müvafiqtövsiyələrini və tapşırıqlarını verərək qısa müddət ərzindətəklifləri ümumiləşdirərək işçi qrupun Katibliyinə təqdimedilməsini bildirib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ölkənin Qlobalİnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçiqrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Həmçininnövbəti il üçün işçi qrupun Katibliyi tərəfindən İndeksinalt-indikatorlarının metodologiyasına uyğun olaraq tədbirlərinformalaşdırıldığını əlavə edib.

Davam edərək bildirdi ki, bugünkü iclasda əsas məqsədimiz nəticəəsaslı tədbirləri müəyyənləşdirərək növbəti ilin Fəaliyyət Planınıtəkmilləşdirməkdir ki, bu tədbirlərin icrası yekunda həm Qlobalİnnovasiya İndeksinə, həm də sahəvi göstəricilərə müsbət təsiretsin. Bundan əlavə, təqdim edilmiş təkliflər üzrə əsas keyfiyyətgöstəricilərinin və icra müddətlərinin müəyyən edilməsini qeydedib.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrup tərəfindənmüvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrəKomissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).

Seçilən
9
4
az.trend.az

5Mənbələr