Dekabrın 24-də Parisdə Eyfel qülləsində yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Xilasedicilər yanğını söndürüb. İtkilərin olmadığı qeyd edilir.
Məlumata görə, yanğına səbəb ikinci və üçüncü mərtəbələr arasında liftin elektrik xəttində baş verən qısaqapanma olub.